Ülviyyənin məhkəmədəki miskin durumu Bəxtiyarın günahsız olduğunu göstərir - VÜQAR HACIYEV

  • By admin
  • 05 Mart 2024 11:33

“Bəxtiyarın məhkəmə prosesi onu göstərir ki, ortadakı ittihamlar quramadır və onun həbsi üçün hazılanıb. Əgər məhkəmə müstəqil və vicdanlı olarsa, Bəxtiyar Hacıyevə bəraət verər. Amma mövcud reallıqlarda bu inandırıcı deyil”.

Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev deyib.

Qardaşının məhkəmə proseslərini izlədiyini vurğulayan Vüqar Hacıyev deyir ki, Bəxtiyar ciddi arqumentlərlə ittihamların saxta olduğunu sübut edir: “Elə zərərçəkən kimi işə yazdıqları Ülviyyənin məhkəmədəki miskin durumu da bunu deməyə əsas verir. Prosesdə jurnalistlər, hüquq müdafiəçiləri, ABŞ, Böyük Britaniya və Almaniya diplomatları da oturur. Onlar da şahidi olur ki, bu iş necədir. Bəxtiyar hər bir ittihamı darmadağın edəndə, hakimlər də gülür. İşə baxan hakimlərin daxili inamları da var ki, Bəxtiyar günahsızdır.  Mən onları vicdanlı olmağa, ədalətli hökm çıxarmağa çağırıram”. 

 

Şəbnəm Rəhimova

Gununsesi.info