Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, baş tutan 4 mərhələdən sonra “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderlik edir. Təmsiçimiz mərhələ başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Komandam dünən olduğu kimi bu gün də mənim qələbəm üçün əlindən gələni etdi. İlk kilometrlərdən dəstəklərini göstərdilər.
– Sabah sonuncu mərhələdi. Liderliyini qoruya biləcəksən?
– Velosiped idman növünd əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Bunu sabah biləcəyik. Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq.
– Ağsu aşırımı sizin üçün çətinlik yaratmadı?
-Təbii ki, çox maraqlı marşurutdu. Oranın gözəl təbiəti var…
Gununsesi.info