Ümid edirəm ki, gərgin danışıqlar nəticəsində Moskva və Kiyev sənədi imzalayacaq.
Gununsesi.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Ümid edirəm ki, Rusiya-Ukrayna danışıqları baxımından aparılan gərgin səylər nəticəsində biz də müəyyən sənədi imzalayacağıq və bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”, – Peskov bildirib.
Peskovun sözlərinə görə, bunun ardınca həm AB, həm də Avropa ölkələri ilə çətin danışıqlar olacaq.
Gununsesi.info