
Rusiya prezidenti Vladimir Putin Fransa və Almaniyanın Kiyevə Minsk razılaşmalarını icra etməsi üçün təsir göstərəcəyinə ümid etdiyini bildirib.
Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə Vladimir Putin Almaniya federal kansleri Olaf Şolts ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
“Biz çox ümid edirik ki, həm okeandan o tərəfdəki, həm də Avropadakı tərəfdaşlarımız, ilk növbədə, Almaniya və Fransa Kiyevin hazırkı hakimiyyətinə müvafiq təsir göstərəcək və bu həll tapılacaq”, – deyə Putin vurğulayıb.
Gununsesi.info