Ümid Partiyası seçkilərə qatılacaqmı? – CAVAB

  • By arzu
  • 07 Dekabr 2019 15:53

Ümid Partiyası da 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

Gununsesi.org-un məlumatına görə, bu barədə partiya Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul olunub.

Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiq edib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Xatırladaq ki, bir qədər əvvəl Müsavat Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı qərarını açıqlayıb.

Gununsesi.org