Ümumdünya İqtisadi Forumu yanvarın 17-20-də keçiriləcək

  • By admin
  • 11 Yanvar 2017 17:03

davos

Yanvarın 17-dən 20-dək Davos (İsveçrə) şəhərində illik Ümumdünya İqtisadi Forumu keçiriləcək.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu dəfəki tədbir “Həssas və məsulliyyətli liderlik” şüarı altında keçiriləcək.

Qeyd edək ki, 1971-ci ildən keçirilən Davos Ümumdünya İqtisadi Forumu iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biridir. Forumda nəhəng şirkətlərin rəhbərləri, dövlət və hökumət başçıları iştirak edirlər.

Anar
Gununsesi.info