Ümumdünya Səhiyyə Təşkilatı zəlzələdən ölənlərin sayını proqnozlaşdırdı - DAĞINTILAR ALTINDA 200- MİNƏ YAXIN İNSAN VAR

  • By admin
  • 07 Fevral 2023 16:44
Türkiyədə və Suriyada yaşanan dəhşətli zəlzələdə ölənlərin sayı durmadan artır.
Gununsesi.info-nun xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə və Suriyada baş verən 7,8 bal gücündə zəlzələdə 20 min nəfərin öldüyünü ehtimal edir.
Türkiyədəki zəlzələdən son statistika belədir:
– Ölənlərin sayı 3432 nəfər,
– Yaralıların sayı 21103 nəfər,
– Dağılan bina sayı 5775,
– Qurtarılan insan sayı 8 mindən çox,
– Dağıntılar altında 194 min insanın olduğu deyilir.
Afət Abbasova
Gununsesi.info