Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması qalib gəlib

  • By ilhame
  • 11 Sentyabr 2024 22:17

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə üstələyib.

 

Aydın Süleymanlı – Əl Hatib-Əhməd – 1:0

Nicat Abasov – Samir Loay – 1:0

Rauf Məmmədov – Malik Saef – 1:0

Şəhriyar Məmmədyarov – Anas Hvaira – 0,5:0,5

 

Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı məğlub edib – 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Gununsesi.info