Təhsil işçiləri, müəllimlər və tələbələr üçün ÖNƏMLİ XƏBƏR

  • By admin
  • 26 Fevral 2020 20:57

NazirlərKabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərar verib.

Gununsesiaz.info-nun məlumatına görə, qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

– birinci yarımil: 1 oktyabr – 26 yanvar;

– ikinci yarımil: 1 fevral – 31 may.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil

səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

– birinci yarımil: 15 sentyabr – 26 yanvar;

– ikinci yarımil: 1 fevral – 14 iyun.

 Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

– payız tətili: 16-20 noyabr (5 gün);

– qış tətili: 27-31 yanvar (5 gün);

– məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu Sənədlə müəyyən olunmuş tədris ili

müddətindən fərqli müddətlər müəyyən edilə bilər. Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində

tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

 Bu Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Gununsesiaz.info