
Un, çörək, yem, ət, süd, yumurta və bir sıra ərzaq malları bahalaşacaq.
Gununsesi.info bunu kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd edib.
Mütəxəssisin sözlərinə görə, dünya bazarında ərzaq buğdasının qiyməti 2016-cıilin dekabr ayında 122,8 dollar, 2017-ci ili yanvar ayında 137 dollar olduğu halda, bu gün 206,22 dollar təşkil edir.
V.Məhərrəmova görə, Azərbaycan özünün ərzaq buğdasına olan ehtiyacını tam idxalın hesabına ödəyir: “Keçən il ölkəyə 1 milyon 599 min ton buğda idxal olunub. Unun, çorəyin, yemin, ətin, südün, yumurtanın və sair ərzaq mallarının bahalaşacağı gözlənilir”.
Vüsalə
Gununsesi.info