Yunan-Roma güləşi üzrə Azərbaycan yığması “Rio-2016”da komanda hesabında üçüncü olub

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması “Rio-2016”da komanda hesabında üçüncü olub

 rio-7

 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Yarışların ilk üç günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.
Gununsesi.info xəbər verir ki,  5 güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 2 bürünc medalla başa vurub. Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) fərqləniblər. Rövşən Bayramov isə Olimpiadanı beşinci sırada tamamlayıb.

Medal sıralamasına görə yığmamız İranla 9-10-cu yerləri bölüşüb. İlk sırada 2 qızıl və 1 gümüş medalla Kuba, ikinci sırada isə 2 qızıl və 1 bürünc medalla Rusiya yığması qərarlaşıb.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə yunan-Roma yığmamız ilk üçlükdə yer alıb. Komanda hesabında 26 xal toplayan yığmamız üçüncü olub. Rusiya 33 xalla birinci, Kuba 29 xalla ikinci yeri tutub.

Bu nəticə ilə yunan-Roma güləşçilərimiz olimpiadalarda qazandığı medalların sayını 7-yə çatdırıb. Bunlardan biri qızıl, 3-ü gümüş, 3-ü bürünc əyarlıdır.

Gununsesi.info

COMMENTS