Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

12 Dekabr 2017 - 11:34

UNEC-də doktorantura təhsilində yenilik- TƏDQİQATYÖNÜMLÜ DƏRSLƏR TƏŞKİL OLUNACAQ

UNEC-də doktorantura pilləsi üzrə tədris proqramı və imtahanlarının təşkili qaydaları hazırlanıb.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, qaydalar doktorantura təhsilinin məzmunu, elmi tədqiqat işləri, tədris yükünün həcmi, tədris mərhələlərinin müddəti, tədris növləri və ayrı-ayrı fənlərin həcmini əhatə edir. Yeni qaydalara görə, doktorant və dissertantlara ilk 1 il müddətində beynəlxalq təcrübəyə uyğun tədqiqatyönümlü dərslər təşkil olunacaq.

Yeni qaydalarda doktorantların mobilliyini təmin edən göstəricilər və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları da açıqlanıb. Bu qaydalarda həm doktoranturaya qəbul imtahanlarının, həm də doktorluq imtahanlarının təşkili və keçirilməsi üzrə müasir tələblər qeyd edilib. Tədris ili yaz və payız semestrindən ibarət olacaq.

Gülnaz Qənbərli 

Gununsesi.info