UNEC-də yeni prorektor təyinatları – FOTO

  • By admin
  • 12 Avqust 2021 17:57

Aazərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbər strukturlarında yeni təyinatlar olub.

Gununsesi.info xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Rektor UNEC-də yeni prorektorların təyinatı ilə bağlı əmrləri bu gün imzaladığını diqqətə çatdırıb:

“Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayevi Tədris və təlim texnologiyaları üzrə, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımovu isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin etdim. İnanıram ki, hər biri UNEC-in qarşıya qoyduğu hədəflərə nail olmaq üçün layiqli töhfələr verəcəkdir”.

(Raqif Qasımov)

(Gəray Musayev)

Gununsesi.info