UNEC tələbələri Fransada təhsil alacaq  

UNEC tələbələri Fransada təhsil alacaq   

 

iqtisad

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Fransanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti və Beynəlxalq Biznes və İdarəetmə Məktəbində (CEFAM)  təhsil alacaqlar.

Bu haqda Gunusesi.info-ya UNEC-dən məlumat verilib. Belə ki,  2016-2017-ci tədris ilində UNEC-in 10 tələbəsi sözügedən universitetlərdə təhsil alacaqdır.

UNEC və Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramına qoşulan beş tələbə bir akademik tədris ili ərzində Fransada təhsil almaqla dörd illik təhsil müddətinin sonunda həm UNEC, həm də Montpellier Universitetinin bakalavr diplomlarını əldə edəcəklər. Digər beş tələbə isə universitetlərarası tələbə mübadiləsi proqramı çərçivəsində bir semester ərzində CEFAM-ın kreditlərini qazanacaqlar.

Qeyd edək ki,  bu tələbələrdən üçü eyni zamanda Erasmus+ təqaüdünə də layiq görülüb. Bu münasibətlə Fransanın Azərbaycandakı səfirliyində növbəti tədris ilində Fransada təhsil alacaq gənclərlə görüş keçirilib. Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Fransada təhsil alacaq 50 tələbəni təbrik edib. Səfir  Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayaraq, iki ölkənin universitetləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb. Tədbirdə Fransada təhsil alacaq gənclər arasında UNEC tələbələri və məzunlarının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info

COMMENTS