UNESCO ərəb xəttatlığını mədəni irs siyahısına daxil etdi

  • By admin
  • 16 Dekabr 2021 10:10

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) ərəb xəttatlığını “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.

HTML tutorial

UNESCO ərəb xəttatlığını hamar yazı sənəti, harmoniya və gözəllik ifadəsi kimi xarakterizə edib.

Qeyd edək ki, Azərbaycandan UNESCO-nun sözügedən siyahısına 10-dan çox qeyri-maddi mədəni irs nümunəsi daxildir. İlk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.

Gununsesi.info