UNESCO bu şəhəri Dünya İrsi Siyahısından sildi- FOTO

  • By admin
  • 22 İyul 2021 11:12

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Böyük Britaniyanın Liverpul şəhərini Dünya İrsi Siyahısından çıxarıb.

Gununsesi.info xəbər verir ki, Liverpulun yeni quruluşlar səbəbi ilə fövqəladə universal dəyərini itirdiyini açıqlayan UNESCO Dünya Mirası Komitəsi, şəhəri Dünya İrsi Siyahısından çıxardığını açıqlayıb.

Liverpulun Bələdiyyə Başçısı Coanna Anderson bu qərardan məyus olduqlarını və qərarın ləğvi üçün müraciət edəcəklərini söyləyib.

Liverpul 2004-cü ildən bəri dünya mirasları siyahısındadır. Şəhərdəki altı yer dünya irsi obyektləri olaraq təyin edilmişdi. Bununla birlikdə, şəhər 2012-ci ildə alınan qərar nəticəsində “Təhlükədəki dünya mirası” siyahısına əlavə edilmişdi.