Unibank-ın ağlasığmaz əməli - TANINMIŞ JURNALİSTİN ADINA DOLLAR NECƏ SATILIB?

  • By admin
  • 25 Noyabr 2022 09:13

Azərbcanın məhşhur internet kanallarından biri olan Kanal 13-ün rəhbəri Əziz Orucov Unibank-a qarşı sensasion ittihamlar səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb adıçəkilən bankın jurnalistin adına külli miqdarda dollar satması barədə saxta faktın üstünün açılmasıdır.

Saytımıza danışan jurnalist bildirib ki, Unibank-a dollar almaq üçün müraciət etdiyində ona Mərkəzi Bankın tətbiq etdiyi limitin keçdiyi deyilib: “Mən heç zaman dollar almamışdım. İndi mənə 500 dollar lazım idi. Şok oldum. Mərkəzi Banka müraciət etdim və mənə sənədlər verilidi. Unibank ciddi qanunsuzluq edib və məsuliyyətə alınmalıdır”.

Qeyd edək ki, Əziz Orucov sosial şəbəkə hesabında da bu baqda geniş yazıb:

Bu ölkədə hər nə varsa hamısının sahibi var. A-dan Z-yə kimi. Neftinin, qazının demirəm ha adicə zibilliyinin, kanalizasiya suyunun da sahibi var. Hamısı da qaydalara tabedir… Amma deyəsən, banklar bura aid deyil.
İllər əvvə Unibank-da kreditim olub, ödəniş etmişəm, bitib. Təbii ki, orada sənədlərim də qalıb.  Bu “qoçaqlar” da mənim orda olan sənədlərimdən istifadə edərək adıma dollar alıblar. Sabah hələ başqa nə sənədlər ortaya çıxar, bilmək olmaz. Bu gün isə mənə məlum olan odur ki, UNİBANK saxta əməliyyatlar edərək, cirkli pulların bir qismini də belə yuyur.
Bu isə öz növbəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun  kobud şəkildə pozulmasıdır.
Qısaca onu deyim ki, tarixi və saatı mənə bəlli olan zamanda mənim adımdan Qanunsuz olaraq 11500 dollar vəsaitin bankın satdığı və guya mənim aldığım bildirilir.
Bu məsələ ilə bağlı bankdan açıqlama istəyirəm!
Gununsesi.info