“Unibank” və “Dəmirbank” birləşir - RƏSMİ CAVAB

  • By admin
  • 16 Oktyabr 2017 18:20

demirbankunibank

Hazırda “Unibank” Azərbaycan bazarında fəaliyyət göstərən digər banklarla danışıqlar aparmır.

Gununsesi.info bildirir ki, bunu trend-ə eksklüziv müsahibəsində “Unibank”ın İdarə heyətinin sədri Faiq Hüseynov bankın “Dəmirbank”la birləşməsi barədə şayiələri şərh edərkən deyib.

F.Hüseynov xatırladıb ki, “Unibank” 2002-ci ildə iki bankın (“Mbank” və “PromTexBank”) birləşməsi nəticəsində yaranıb: “Həmin dövrdən Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası banka daha bir konsolidasiya keçməyə hazır bir bank kimi baxır. Amma hazırda heç bir bankla birləşmə barədə söhbət getmir”.

Gununsesi.info