Universitet binasında baş verən yanğın imtahanı təxirə saldı - MƏLEYKƏ ABBASZADƏ HADİSƏ YERİNƏ GƏLDİ

  • By admin
  • 22 İyul 2017 14:04

universitet-yangin

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb

Gununsesi.info  “ölkə.az”a istinadla xəbər verir ki, yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş.

Saytın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib.

Hadisə yerinə gələn Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.

Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.

Gununsesi.info