Gəncə Texnologiya Universitetinin ərazisində ağacların kütləvi şəkildə kəsilməsinə dair məlumat yayılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb.
Bununla bağlı yayılan məlumatlarda deyilir ki, proses rektor Yaşar Ömərovun göstərişi ilə edilib.
Texnologiya Universitetində səhər saatlarında çox saylı ağacların kəsilməsi video görüntüləri qeydə alınıbdır.
Ağacların kəsilməsinə tələbələr də narazılıq edib. Belə ki, Universitetin girişində və İnzibati binasının qarşısında olan ağacların da kəsilməsi fakları öz təsdiqini foto şəkillərdən görmək olur. Bildirilir ki, ümumilikdə 14 ağacın kəsilməsi qeydə alınıb.

Firuzə Mahmudova
Gununsesi.info












