
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Belçikada universitetlərdən birində tələbələrlə rəhbərlik arasında münaqişə baş verib. Paytaxt Brüsseldə universitet rəhbərliyi yaxında baş tutacaq buraxılış gecəsində tələbələrdən dekolte libaslar geyinməməyi tələb edib.
Rəhbərlik bu tələbini tələbələrə elektron poçt vasitəsilə göndərilib.
Oğlanların kostyum, qızları isə yubka geyinməsi barədə tələb universitet tələbələri tərəfindən birmənalı qarşılanmayıb. Tələbələr bu ismarıcı sosial şəbəkələrdə paylaşaraq ictimailəşdiriblər.
Universitet rəhbərliyi bu cür sərt reaksiyalardan sonra sosial şəbəkə vasitəsiylə tələbələrdən üzr istəyib.
Gununsesi.info