Universitetdə atışma olub, ölənlər və yaralılar var

  • By Ayshan
  • 14 Dekabr 2025 10:53

ABŞ-nin Rod-Aylend ştatının Braun Universitetinin ərazisində atışma baş verib.

Gununsesi.info  “Associated Press” agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.

Braun Universitetində atışma Mühəndislik fakültəsinin yerləşdiyi yeddimərtəbəli binanın yaxınlığında baş verib. Hücum zamanı orada buraxılış imtahanları keçirilirdi

Gununsesi.info