Universitetdə əməliyyat

  • By admin
  • 26 Oktyabr 2016 12:14

eylul
Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində 20 nəfər həbs olunub.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, İzmir Rayon Prokurorluğu tərəfindən icra edilən istintaq çərçivəsində, təhlükəsizlik müdirlüyünün əməkdaşları Dokuz Eylül Universitetində əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində barəsində axtarış elan edilən 55 nəfərdən 20-i həbs olunub.
Nəzarətə götürülən şübhəlilərin FETÖ mənsublarının kriptolu yazışma proqramı “ByLock”dan istifadə etməkdə ittiham olunurlar.
Anar
Gununsesi.info