Universitetin 70 akademiki həbs olundu

  • By admin
  • 18 Noyabr 2016 16:36

yildiz
Türkiyədə Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqədar Yıldız Texniki Universitetində akademiklərə qarşı əməliyyat keçirilib.
Gununsesi.info-nun “Hürses” qəzetinə istinadən xəbər verir ki, İstanbul polis idarəsinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları Yıldız Texniki Universitetində həyata keçirdikləri əməliyyatda 70 akademik saxlanılıb.

Saxlanlardaha sonra Haseki Təhsil və Araşdırma Xəstəxanasında sağlamlıq idarəsinə gətirilərək sağlamlıq nəzarətindən keçirilib.

İlkin məlumata görə, şübhəlilər FETÖ-nün xəbərləşmə tətbiqi “Bylock” sistemindən istifadə ediblər .

Anar

Gununsesi.info