Unun və çörəyin qiyməti qalxıb? - İDDİA

  • By admin
  • 03 Yanvar 2022 19:47

Ölkədə bəzi məhsulların, o cümlədən unun qiymətinin qalxması ilə bağlı iddialar səsləndirilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Bundan əlavə, bəzi sakinlər iddia ediblər ki, bir çox mağazalarda çörəyin gündəlik qiymətində də artım müşahidə olunub.

Unun bir kisəsinin qiymətinin 28 manatdan 38 manata, çörəyin qiymətinin isə çəkisinə uyğun olaraq, 10-20 qəpik artdığı bildirilib.

 

Gununsesi.info