Ünvanlı sosial yardım bu qədər artırıldı

  • By admin
  • 25 Noyabr 2022 14:44

Milli Məclis “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edib.

Gununsesi.info xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq olunur.

Layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. “Bu, cari ildəkindən 46 manat və ya 23 faiz çoxdur. Ehtiyac meyarı aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mexanizmdir. Bu, 2007-ci ildən tətbiq edilir”.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Gununsesi.info