“Uotford”un futbolçusu jurnalisti təhqir etdi

  • By admin
  • 27 İyul 2020 12:45

İngiltərənin “Uotford” klubunun futbolçusu Troy Dini jurnalisti sərt şəkildə təhqir edib.

Gununsesi.info bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.

Jurnalist hücumçudan karyerasını bu mövsüm sonlandırıb-sonlandırmayacağını soruşub.

Cavabında isə futbolçu qəzəblənib və o qədər də yaşlı olmadığını bildirib, jurnalisti sərt sözlərlə təhqir edib.

Xatırladaq ki, “Uotford” İngiltərə Premyer Liqasında mübarizəni dayandırıb və mövsümün nəticələrinə əsasən, aşağı liqaya (Çempionşipə) düşüb.

Gununsesi.info