Uqandada zəncirvari yol qəzası baş verib, 19 nəfər ölüb

  • By admin
  • 26 May 2018 11:50


Uqandada ağır yol qəzası baş verib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecə Kiryandoqo rayonunda qeydə alınıb.

Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var.

Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.

 

Gununsesi.info