Uqandanın Baş naziri: İnkişaf etmiş ölkələr qlobal iqlim dəyişikliyinə görə məsuliyyət daşıyırlar

  • By ilhame
  • 02 Dekabr 2023 19:42

İnkişaf etmiş ölkələr dünyada baş vermiş iqlim dəyişikliklərinə görə məsuliyyət daşıyırlar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Uqandanın Baş naziri Robina Nabbanca Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Uqandada istixana qazları tullantıları minimal olsa da (qlobal tullantıların cəmi 0,010 %-i), ölkə artıq ekstremal hava şəraitinin təsirini hiss edib:

 

“Uqanda təbiətlə bərəkətlidir, lakin indi ölkə tez-tez daşqınlarla üzləşir. Uqandanın bəzi hissələrində həddindən artıq quraqlıq, isti kimi ekstremal hava şəraiti müşahidə edilir. Bütün bunlar inkişaf etmiş ölkələrin həyata keçirdiyi emissiyaların nəticələridir”.

Gununsesi.info