
Xəbər verildiyi kimi, ABŞ-ın Maliyyə Nazirliyi Venesuela üzrə sanksiya siyahısını genişləndirib.
Gununsesi.info xəbər verir ki, siyahıya daha 40 təşkilat və 30 nəfərin adı əlavə olunub. Bu barədə Maliyyə Nazirliyinin saytında rəsmi məlumat yerləşdirilib.
Sanksiyaya Konstitusiya Assambleyasının üzvləri və ölkənin sabiq prezidenti Uqo Çavesin qardaşı Adan Çaves də daxil edilib.
Eyni zamanda qadağalar ölkənin parlament binasının mühafizəsinə cavabdeh olan Milli Qvardiyanın bölük komandirinə də şamil olunub.
Gununsesi.info