
İsrailin Qəzza zolağına hücumları 140 gündür ki, fasiləsiz olaraq davam edir.
Gununsesi.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən bəri davam edən hücumlarda həyatını itirənlərin sayının 29 min 514-ə, yaralıların sayının isə 69 min 616-ya yüksəldiyini açıqlayıb.
Bütün ailəsini müharibədə itirən 11 yaşlı qəzzalı uşaq cənazə namazı zamanı çətin anlar yaşayıb. Göz yaşlarını saxlaya bilməyən uşağın həmin anları sosial mediada trendə çevrilib.
Bu anlar izləyənlərin qəlbini dağlayıb.
Gununsesi.info