Mütəxəssislər hesab edir ki, bəzi qidalar ürəyin sağlamlığını qorumaq baxımından faydalıdır. Həmin qidaları gündəlik rasionunuza daxil etsəniz, ürək-damar xəstəlikləri və infarkt riskini azaltmış olarsınız.
Gununsesi.info e-tibb.az-a istinadən həmin faydalı qidaların siyahısını təqdim edir.
1. Alma və armud. Lifli tərkibləri sayəsində qan dövranını normallaşdırır.
2. İspanaq. Bir çox vitamin, mineral və antioksidant tərkibli ispanaq qan təzyiqini tənzimləyir.
3. Yulaf. Lif səviyyəsi yüksək olan yulaf zərərli xolesterolun yaranmasına mane olaraq, həzmə də kömək edir.
4. Çərəzlər. Protein və lif baxımından zəngin olan çərəzlər ürəyə xeyirdir. Həmçinin tərkibindəki E vitamini ilə zərərli xolesterolun səviyyəsini azaldır.
5. Zeytun yağı. Sadəcə bir neçə çay qaşığı zeytun yağı zərərli xolesterolun səviyyəsini azaldır, qan şəkərini normallaşdırır.
6. Qırmızı meyvələr. Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini salaraq, damarları genişləndirir.
7. Nar. Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir, qandakı hemoqlobini artırır.
8. Yaşıl çay. Hər gün bir stəkan yaşıl çay içmək metabolizmi sürətləndirərək, arıqlamağa kömək edir. Xolesterola da faydası var.
9. Qırmızı şərab. Damarlardakı yağ hüceyrələrini azaldaraq bədəndə detoks təsiri yaradır. Arıqlamağa kömək edir.
10. Tünd şokolad. Qan təzyiqini normallaşdırır, şişkinliyə qarşı faydalıdır.
11. Qarpız. Damar sağlamlığı üçün əhəmiyyətli olan qarpız xolesterol səviyyəsini tənzimləyir.
12. Sarımsaq. Damarları genişləndirir, qan təzyiqini azaldır.
Gununsesi.info