“Ürəyiniz yetirsə, cəsarətiniz çatırsa, Ərdoğanı da tənqid edin görəlim…” - AKŞƏNƏRDƏN ATATÜRKƏ "DİL" UZADANLARA SƏRT SÖZLƏR

  • By admin
  • 10 May 2017 20:17

aksener meral

“Haydı, ürəyiniz yetirsə, cəsarətiniz çatırsa, Cümhurbaşqanını və hökümət üzvlərini tənqid edin görəlim…”

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin nüfuzlu siyasətçilərindən olan Meral Akşənər APK-yə yaxınlığı ilə seçilən TVNet-də yayımlanan “Dərin Tarix” proqramında Mustafa Kamal Atatürk və onun mənəvi qızı Afət İnan haqda edilən həqarətlərə  sosial paylaşım sitesi “Twitter” üzərindən yaydığı açıqlamada bəyan edib.

“Qurucu liderimiz Mustafa Kamal Atatürkə söymənin bədəli yox. Haydı, ürəyiniz yetirsə, Cümhurbaşqanını və hökumət üyələrini ələşdirin görəlim.

Atatürkə tv ekranlarından və qəzet səhifələrindan yağdırılan ədəb və əxlaqdankənar  bəyanlar yeni deyil.

Əsas olan bir savcının-müstəntiqin gərəyini yapmamasıdır”-deyə, Akşənər sonra vurğulayıb.

KAMİL

Gununsesi.info