Ürək döyüntüsünün normadan çox olmasının səbəbləri

  • By admin
  • 24 Mart 2021 19:00

Ürək xəstəlikləri vətəndaşlar tərəfindən maraq mövzusu olaraq qalır. Ürək vücudun ən vacib orqanlarından biridir. Dəqiqədə 60 ilə 80 dəfə döyünür. Bu rəqəm artdıqca həkimə müraciət edilməlidir.

Bəs ürək döyüntüsünün normadan artıq baş verməsinin səbəbləri nədir?

Ürək ritminin pozulması “aritmiya” adlanır. Aritmiyanın bir neçə növü var. Bəzən aritmiya özünü heç bir simptomla büruzə vermir. Lakin əksər hallarda insan ürək ritminin pozulmasını hiss edir.

Aritmiya özünü müxtəlif simptomlarla biruzə verir:

  • zəiflik
  • baş gicəllənməsi
  • ürəyin “dayanması” hissi və ya əksinə ürəyin güclü təkanları
  • ürək nahiyəsində sıxılma hissi

Bunun üçün həkim EKO testi istəyə bilər. Həmçinin tiroid vəzlərinin yoxlanılması, qan testi ilə qansızlığın olub-olmaması araşdırılmalıdır. Ürək döyüntüsünün səbəbi stress, düzgün qidalanmamaq, həyəcan və s ola bilər.

Bunun üçün ilk olaraq lazımi tədbirlər görülməli, analizlər aparılmalıdır. Bundan sonra isə kardioloq düzgün diaqnozu qoya biləcək.

Gununsesi.info