Ürəkləri ağızlara gətirir: İnanılmaz yerlərdə tikilmiş 5 ev/ FOTOLAR

  • By admin
  • 23 Yanvar 2023 13:39

Memarlıq təbiətə basqı üstünlüyü qazanmağa deyil, onunla ahəng içində olmağa çalışar. Ancaq yamaclar, dik qayalar bu istəyi yerə vura bilər. Memarlığın təbiətlə münasibəti, eyni zamanda ifadəlilik, incəlik və çölə yansıtmadır.

Beləliklə, Gununsesi.info xarici mətbuata istinadən  sizə bu çətinlik və ətraf şərtlərin öhdəsindən gəlmiş, eyni zamanda səyahətçilərin inanılmaz bir təcrübə halına dönüşmüş bir neçə tikinti örnəyini təqdim edir:

Uçurumdakı ev – Nova Skotia, Kanada

Nova Skotianın Atlantik Okeanı sahillərindəki Uçurum Evi coğrafiyaya yenilikçi və əyləncəli bir müdaxilənin nəticəsidir

Təpədən baxıldıqda, son dərəcə normal görünür. Ancaq sahildən baxıldıqda evin yamaca yerləşdiyi açıqca görülə bilir. Burada memarlıq bir növü, baş döndürücü qavramı, dənizin üzərində süzülmə hissi ilə mənzərə təcrübəsini gücləndirməyi hədəfləyir.

Özilinin üstü polad tikilişdəndir. Taxta qisimləri isə həm iç, həm çöl məkanda rahatlıq və istilik hissi yaradır. Kub bölümlərə ayrılmış deyil, bütün sahə böyük bir yaşam yeri olaraq düşünülmüşdür. Lap az bir məhdud yer yuxu məkanı olaraq ayrılıb.

 

Hirafu – Niseko, Hokkaydo, Yaponiya

Yaponiyanın ən böyük ikinci adası Hokkaydodakı bu tətil evinin memarları evlə təpə araasında bağlantı qura bilmək üçün L şəkilli bir tikiliş dizayn edib.

 

Üst-üstə qoyulan iki kub bütün tikinti yuxaarıdan aşağıya doğru sürüşəcəkcəsinə dinamik bir görüntü yaradıb. Evin girişi və özəl yerləri alt kubda yerləşir. İçindəki nərdivan isə yaşam yerlərini və mətbəxin olduğu üst kuba əlçatımı təmin edir.

 

Təpədəki Ev – Kalpe, Alikante, İspaniya

İspaniyanın Alikante bölgəsində olan bu proyektin ən bəlli edici özəlliyi geometrik və cizgi dəqiqliyi.

 

Ev olduqca çox əyri bir yerin üzərində tikilib. Bu öyrəşmişliyin çölündə və olduqca çətin ərazi, ekoloji təəccübləndiriciliyi ilə yaradıcılığın ilhamı ilə nə cür bir memarlığın ortaya çıxarılmasının əyani dəlilidir. Üç ölçülü şəkildə tikilən ev qayaların üzərində yerləşir. Beton tikinti çöldən təcrid olunub, ancaq əsnəklik və kələ-kötürsüz özəllikləri ilə üzəndən ağ kirəclə örtülüb.

Tamamı ilə şüşədən olan ön qisim müthiş bir su mənzərəsi təqdim edir. Zəmindəki üzmə hovuzu və “teras” isə evi dənizlə birləşdirən illuziya yaradır.

 

Qiyunşan Ağac Evi – Xiuninq, Çin

Qiyunşan Ağac Evi hansısa bir ağacın üzərində tikilməyib. Çünin Anhui bölgəsindəki qırmızı bir ardıc meşəliyində tikilən 11 metrlik bu ev sanki ormanın bir parçası halına gətirilib.

 

Dar və qıvrımlı girişi yaxınlıqdakı meşə yolunun qıvrımılarını əks etdirir. Bu qarışıq tikilinin hər bir ünsürü fərqli qatlar üzərində yerləşdirilmiş və ayrı yönlərə doğru oturdulub.

Spiral bir nərdivan baş döndürüzü mənzərələrə çərçivə olan divardan-divara camların olduğu minimalist otaqlara çıxır. Yaşam yeri və yataq otaqları, kiçikdir. Çünki memarlar geniş bir ailə evi yerinə, müşahidə bölgələri yaratmaq istəyiblər.

Binada həm estetik, həm də hazırlanma səbəbləri ilə qırmızı ardıc kimi təbii materiallar işlədilib.

 

 

Villa Eskarpa – Luz, Alqarve, Portuqaliya

Villa Eskarpa Luz kəndinə yuxarıdan baxan dik bir qayalıq üzərində taraz duran geometrik bir evdir. Sahil qismi sərt tikinti qaydaları öncəki evin uc qismini keçməyi qadağan edir. Ancaq memar Mario Martins dar yeri ən gözəl şəkildə istifadəsini təmin edəcək möhtəşəm bir çözüm tapıb.

Tikili ilk baxışda ərazi üzərində uçurmuş kimi, görünür. Bu illuziya çatı “teras”ının əlavəsi ilə təmin edilib. Tikinti yalnız görünüş baxımdan çəkici olmaqla qalmır, həm də son dərəcə dözümlüdür – O bölgədəki şiddətli küləkləri düşündükdə, bu detal olduqca kritikdir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info