İran İslam Respublikasının Hərbi-Hava Qüvvələrinə aid helikopter qəzaya uğrayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İran Hərbi-Hava Qüvvələrinin polkovnik Kərim Hüseynnejad “Tesnim” xəbər agentliyinə açıqlamasında bildirib ki, İran ordusuna aid helikopter ölkənin şimal-qərbində Urmiya şəhərinə yaxın yerdə düşüb.
Belə ki, helikopter qəzaya uğraması nəticəsində helikopterdə olan bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Kərim Hüseynnejad bildirib ki, sınaq məqsədilə uçan helikopter texniki nasazlıq səbəbindən qəzaya düşüb.
Anar
Gununsesi.info