Üsəma bin Ladenin oğlu Həmzə bin Ladenə qarşı sanksiyalar tətbiq edilib - FOTOLAR

  • By admin
  • 06 Yanvar 2017 10:39
husama
ABŞ dünyanın bir saylı terrorçusu Üsəma bin Ladenin oğlu Həmzə bin Ladenə qarşı sanksiyalar tətbiq edib.
Gununsesi.info “rosbalt”-a iatinadən xəbər verir ki,  ABŞ Dövlət Departamenti “Əl-Qaidə” terrorçu təşkilatının lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Ladenə və  “Əl-Qaidə Ərəbistan yarımadasında”nın başçısı İbrahim əl-Banna qarşı sanksiylar tətbiq edib.
Həmzə bin Ladenə sanksiyanın tətbiq edilməsinə səbəb isə bu şəxsin ABŞ-ın milli təhlükəsizliyinə və vətəndaşlarına ciddi təhlükə risqi yaratmasıdır.
Sanksiyalar siyahısına eyni zamanda  “Əl-Qaidə Ərəbistan yarımadasında”nın başçısı İbrahim əl-Bann da salınıb. Bu şəxs terrorçuların hazırlanmasında  iştirak və informasiyalar əldə etdiyi üçün sanksiyalar siyahısına salınıb.
Bir müddət öncə onun yerini deyən şəxsə 5 milyon dollar həcmində mükafat elan olunmuşdu.
husama-1
Gununsesi.info