“Bir qədər əvvəl bəzi saytlarda Mingəçevir şəhər 17 saylı uşaq bağçasında elektrik enerjisinin olmaması barədə xəbər yayıldı. Bununla bağlı dərhal Mingəçevir şəhər İcra Hakmiyyəti ilə əlaqə saxladım”.
Gununsesi.info xəbər verir ki, bunu Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə qeyd edib.
Onun sözlərinə görə, məlum olub ki, bəzi şəxslərin sələnkarlığı nəticəsində uşaq bağçasının smart-kartına sərf edilən elektrik enerjisinin ödənişi üçün pul vəsaiti vaxtında köçürülməyib.
“Fakt aşkarlanan kimi vəsait dərhal ödənilib və bu gün günortadan orada elektrik enerjisi bərpa edilib.
Məsələ ilə bağlı səhlənkarlıq edənlər müvafiq qaydada məsuliyyətə cəlb ediləcəklər”-deyə, o, sonra qeyd edib.
Gununsesi.info