Bəzi hallarda valideynlərin azyaşlı uşaqları evdə və ya ictimai yerlərdə nəzarətsiz buraxması müzakirə mövzusu olur.
Bu isə “uşağı tək buraxmaq qanun pozuntusudurmu və məsuliyyət yaradırmı?” sualını gündəmə gətirir.
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayevin açıqlamasına görə, bu məsələ birbaşa və avtomatik şəkildə hər vəziyyətdə cinayət və ya inzibati məsuliyyət yaratmır. Lakin uşağın yaşı, vəziyyətin təhlükəsizliyi və yaranan risklər əsas qiymətləndirmə meyarları sayılır.
O bildirir ki, azyaşlı uşağın uzun müddət nəzarətsiz qalması və bunun nəticəsində onun sağlamlığına və ya təhlükəsizliyinə risk yaranması hallarında valideynin və ya qanuni nümayəndənin məsuliyyəti ortaya çıxa bilər. Bu, həm inzibati, həm də bəzi hallarda daha ciddi hüquqi nəticələr doğura bilər.
Hüquqşünasın sözlərinə görə, valideynin əsas vəzifəsi uşağın təhlükəsizliyini təmin etməkdir.
“Valideyn öhdəliyi əsasdır. Əgər uşağın nəzarətsiz qalması real təhlükə yaradırsa, bu halda hüquqi məsuliyyət məsələsi gündəmə gələ bilər,” – deyə o qeyd edib.
Orxan
Gununsesi.info












