Uşağına görə atasını döydülər - FOTO

  • By admin
  • 04 İyul 2017 09:42

1499122070-9296

Gəncədə yataqxanada yaşayan şəxs döyülüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində olan yataqxanada baş verib.

Orada yaşayan 1982-ci il təvəllüdlü Abbasov Müslüm Valeh oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Yaxınlarının sözlərinə  görə, M. Abbasovun azyaşlı övladı həyətdə başqa uşaqla dalaşıb. Uşağı evə aparan M. Abbasov bir neçə dəqiqədən sonra çölə çağırılıb və bir neçə qonşu tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info