Usamə bin Ladenin kürəkəni öldürüldü

  • By admin
  • 27 Fevral 2017 13:12

ussama

Suriya sərhədi yaxınlığında yerləşən İdlip şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatının zərbələri nəticəsində “Əl-Qaidə” Terror Təşkilatının ikinci şəxsi Əbu Hayr əl-Misrin və adları açıqlanmayan daha iki nəfər ölüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı Əbu Hayr əl-Misrin “Əl-Qaidə” terrorçu təşkilatın lideri Eymən əl-Zəvahirin köməkçisi olub.

Hazırda Misrin öldürülməsi xəbəriylə bağlı sosial şəbəkədə xeyli sayda fotoşəkil və videolar paylaşılıb.

Xatırladaq ki, 1957-ci ildə Misirdə anadan olan Misrin Misir İslami-Cihad Təşkilatının üzvü olub.1980-ci ildə Misrin ölkəni tərk edib.1990-cı ildə Bosniyada gedən döyüşlərdə iştirak edib. Misri terror təşkilatının partlayıcı maddələr üzrə mütəxəssisi olaraq bilinir. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinə təşkil edilən hücumların arxasında adı hallanan Misri, Usamə bin Ladenin qızıyla evlidir.

Anar
Gununsesi.info