Uşaq düşərgəsində yanğın - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 16 Sentyabr 2017 07:30

IMG_3367

Ukraynanın Odessa şəhərində “Viktoriya” uşaq istirahət düşərgəsində güclü yanğın baş verib.

Gununsesi.info-nun UNİAN-a istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 23:30-da, uşaqlar yatan zaman baş verib.

Hazırda 1 000 kvadrat metr sahəni əhatə edən yanğının lokallaşdırıldığı bildirilir. Yanğın baş verən anda düşərgədə 150 uşaq olub, onların dərhal təxliyə olunduğu bildirilir.

Özlərini pəncərədən yerə atan 3 uşaq xəstəxanaya çatdırılıb. Onlardan biri yıxılarkən xəsarət alıb, ikisi tüstüdən zəhərlənib. Yanğının səbəbləri barədə hələ ki, məlumat verilmir.

Gununsesi.info