Uşaq evində böyüyən Səbuhinin müəllimi

  • By admin
  • 14 Sentyabr 2022 14:08

SOS uşaq kəndində böyüyən şəhid Səbuhi Əhmədovun təlim-tərbiyəçisi Məlahət Qazıyeva onun haqqında danışıb.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, Məlahət Qazıyeva Səbuhi Əhmədovun tərbiyəli uşaq olduğunu deyib:

“Həmişə gülümsər gəzirdi. Çox sakit və tərbiyəli uşaq idi. Dörd yaşından ona mən baxmışam. İndi bu barədə danışmaq çox ağırdır. Sabah qardaşının doğum günü idi. Arzusu hərbçi olmaq idi. Mən də ona hərbçi olmağı məsləhət görmüşdüm.

Xəstə idim, Moskvaya getmişdim, uzun müddət görüşməmişdim, amma ondan xəbər tuturdum. Səbuhinin yazdığı məktublar hələ də qalır, onları həmişə saxlayacağam”.

Gununsesi.info