

Uşaq psixologiyası və tərbiyəsinə ziyan vuracaq pis vərdişlərin təlqin olunmaması məqsədi ilə“Uşaqların hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Gununsesi. info xəbər verir ki, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında “Uşaqların hüquqları haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.
Qanuna nəzərdə tutulan dəyişiklik barəsində məlumat verən MM-in Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, sənəd uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Bu məqsədlə də “Uşaqların hüquqları haqqında” qanuna “Reklamda uşaqların müdafiəsi” adlı yarımbaşlıqlı əlavə nəzərdə tutulur. Bu, eyni zamanda, “Reklam haqqında” qanuna uyğunlaşdırılma məqsədi daşıyır”- deyə, komitə sədri vurğulayıb.
“Reklamda uşaqların madafiəsi” yarımbaşlıqlı əlavəyə gəlincə, burada uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq məqsədi ilə bir sıra qadağalar nəzərdə tutulur:
-11-1.1.1. valideyninin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarəı zəiflədən məlumatların verilməsi;
-11-1.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;
11-1.1.4 həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;
11.1.1.5 uşaqlara aid olmayan əmtənin onlar üçün nəzərdə tutulan reklamlarda yerləşdirilməsi%
11-1.1.6 yayımlanan reklamalrda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;
11-1.1.7 uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi kimi əlavələr qanunda öz əksini tapıb.
Müzakirələrin yekunu olaraq qanuna nəzərdə tutulan dəyişikliklər MM-in plenar iclasına tövsiyə olunub.
Mürtəza
Gununsesi.info