Uşaq qatilinə ölüm hökmü verildi

  • By admin
  • 10 Sentyabr 2019 09:34

Çinin Sian şəhərində məhkəmə Lin Yuantszenə uşaq oğurluğu və qətlinə görə ölüm hökmü verib.

Gununsesi.org-un “TASS”a istinadən məlumatına görə, onunla əlbir olan şəxsə ömürlük həbs cəzası verilib. Cinayətkarların bütün mülkü müsadirə olunub. Bundan əlavə, onlar öldürülən uşağın ailəsinə kompensasiya verməli olacaq.

Cinayət ötən ilin may ayında törədilib. Lin Yuantsze qonşuluqda yaşayan 9 yaşlı oğlanı, onun ailəsindən pul almaq məqsədi ilə qaçırıb. Lakin qaçırılan qaçıranların göstərişlərinə əməl etməkdən imtina edib və onlara müqavimət göstərib. Bu səbəbdən oğlanı boğan cinayətkarlar onun bədənini evin çardağında gizlədib. 

Gununsesi.org