“Uşaq qatilləri cəzasız qalmamalıdır” - MÜBARİZ MƏNSİMOV 2 YAŞLI ZƏHRANIN QƏTLİNDƏN DANIŞDI

  • By admin
  • 06 İyul 2017 21:41

mubariz

Gununsesi.info xəbər verir ki, “Palmali” şirkətlər qrupunun sahibi, iş adamı Mübariz Mənsimov 4 iyul tarixində erməni vəhşiliyinin qurbanı olmuş 2 yaşlı Zəhra və onun nənəsi Sahibə Quliyevanın qatillərinin bütün dünyaya tanıdılmasının və bu hadisənin cəzasız qalmamasının zəruriliyindən bəhs edib.

Mənsimov hadisə ilə bağlı fikirlərini açıqlayıb:

“Heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi yanaşmamalıdır. İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq bu hadisə cəzasız qalmamalıdır. İki yaşlı bir körpə vəhşicəsinə qətlə yetirilib. Bu, insanlığa sığmayan bir şeydir. Bunu bütün dünya görməli, bilməli və sakit qalmamalıdır. Biz hamımız bu hadisəni qınayır və insan haqlarını müdafiə edən qurumların hara baxdığını, niyə bu olayın cəzasız qaldığını soruşuruq. Bu cür faciələrın qarşısını almaq lazımdır. Sadə vətəndaşların hədəf alınması qəbuledilməz haldır. Və mən Mübariz olaraq buna yeganə ad verirəm – terror və faşizm!”

zehra

 

Gununsesi.info