Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasında antisanitariya hökm sürür - FOTOLAR

  • By admin
  • 03 Mart 2022 14:06

“Redaksiyanıza göndərdiyimiz bu fotolar Bakıxanov qəsəbəsindəki 5 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasıdır. Baxın, hansı vəziyyətdir”.

Bu fikirlər adıçəkilən xəstəxanada övladları müalicə alan bir qrup vətəndaşın Gununsesi.info-nun elektron poçtuna ünvanladığı şikayətdə əks olunub.
Redaksiyamıza yazan vətəndaşlar iddia edir ki, xəstəxanada antisanitariya hökm sürür:
“Burada elə bir şəraitdir ki, yolxucu xəstəliklərin sanki mənbəyidir. Burada uşaqları necə müalicə edirlər ki, normal şərait yoxdur. Sular saatlarla gəlmir, ayaqyolu, mətbəx üfunət qoxuyur.
96 çarpayılıq xəstəxanada 20 nəfərin müalicəsi üçün imkan belə yoxdur. Hazırda Sabunçunun həkimi buraya direktorluq edir. Lakin direktor müavini Məftunə xanım yoxlamaları edir. Yoxlama zamanı bütün tibb bacıları əl ayağa düşürlər. Palatalarda vəziyyət bərbaddır. Təmizlik üçün üçün sabun, salfet, spirt yoxdur. Gigiyena vasitələrinin saxlanmalı olduğu yerlər özü çirkab içərisindədir”.
Şikayətin sonunda problemi işıqlandırmağımızı xahiş edən vətndaşlar TƏBİB rəhbərliyinin məsələyə həssas yanaşmasını xahiş edir: “Burada valideynlərdən rüşvət yığılır. Etiraz etmirik, qaydalar belədir. Amma heç olmasa xəstəxananın özünə diqqət yetirilsin”.



Günay Təhməzova
Gununsesi.info