Uşaq zorakılığına YOX deyək - FOTOLAR

  • By admin
  • 15 Fevral 2018 09:58

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Fərid İsmayılov yanvarın 1-dən etibarən  Azərbaycanda uşaq zorakılığına qarşı  kampaniyaya başlayıb. Tələbənin əsas məqsədi respublikanın 7 rayon və şəhərində maarifləndirmə işləri aparmaqdır.

Gununsesi.info-nun xəbərinə görə, F.İsmayılovun uşaq zorakılığına qarşı aksiyasını Tələbə Layihələr Departamentinin rəhbəri  “Yeni Nəsil Maarifçilər Klubu” müsbət qarşılayaraq, ona maddi dəstək ayırıb. Həmçinin F.İsmayılovun  layihəsindən xəbər tutan ADNSU-nun Xarici dillər kafedrasının müəlliməsi də  tələbəsinin layihəsinə xeyli miqdarda maddi dəstək ayırıb. Layihənin icrasında isə “Gənc Tağıyevçilər Cəmiyyəti” öz dəstəyini əsirgəməyib.

Aksiyanı Abşeron- Bakı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki- Gəncə marşrutu üzrə həyata keçirən tələbə ümumilikdə 1000 nəfər arasında maarifləndirmə işləri aparıb. O, uşaqlarla birlikdə “Uşaq zorakılığına yox deyək!” deyib. Layihə  çərçivəsində aparılan aksiya bu gün  yekunlaşıb.

Qeyd edək ki, Fərid İsmayılov 2016-cı ildən etibarən Azərbaycanda uşaq istismarı və zorakılığı ilə bağlı onlarla layihənin müəllifi və rəhbəridir.


Gülnaz Qənbərli
Gununsesi.info