Uşaqlar telefona çox baxanda nə baş verir?

  • By Günel
  • 20 Sentyabr 2024 13:57

Məlumdur ki, həyatımızı asanlaşdıran ən yaxşı texnologiya telefon, yəni, smartfonlardır. Lakin bunun müsbət tərəfləri kimi mənfi tərəflərinin olduğu da məlumdur. Yaşından asılı olmayaraq hər kəsə zərər verən smartfonların əsas mənfi tərəfləri psixi pozğunluqlar, görmə və dayaq sistemləri problemləri ilə əlaqələndirilir. Bəs bu, xüsusi ilə uşaqlara necə təsir edir?

Gununsesi.info xəbər verir ki, araşdırmalara görə gün ərzində telefona 4 saatdan artıq baxan uşaqlarda daha yüksək stress səviyyəsi, əsəbilik və zərərli vərdişlərə meyillilik çoxalır. Həmçinin onlar oturaq həyat keçirtdiyi üçün piylənmə problemi də yaranır. Qənaətlərə görə, telefondan çox gənc yaşlarda istifadə etmək sinir və immun sisteminin zəifləməsinə gətirib çıxardır ki, bu da yaddaşsızlıq, diqqətin azalması, yuxu pozğunluğunu yarada bilir. Əlavə olaraq isə smartfonların uşaqlarda depressiya hallarının yaranmasına da səbəb olduğu məlum olub. Belə ki, virtual dünyanın romantikasına qapılan uşaq və yeniyetmələr artıq real dünya ilə əlaqələri minimuma endirir, bir çox şeylər onlara maraqsız, boş, darıxdırıcı gəlməyə başlayır və bu, onların zehni bacarıqlarına da mənfi təsir edir. Smartfonlarsız həyatın mümkünsüzlüyü nəzərə alınsa, müəyyən yaşa qədər uşaqlarda bunun istifadəsinin nəzarətli qaydada olması tövsiyə olunur.

Orxan

Gununsesi.info