Uşaqlar üçün dünyada ilk fitnes mərkəzi bu ölkədə açıldı

  • By admin
  • 20 Avqust 2017 00:08

fitnes

Dubayda uşaqlar üçün dünyada ilk fitnes mərkəzi açılıb. Uşaqların piylənməsinə qarşı mübarizə məqsədilə yaradılan bu mərkəz həm də onlar üçün əyləncə yeri olacaq.

Gununsesi.info-nun xəbərinə görə, Əmirliyin “Khaleej Times” nəşrində verilən məlumata görə, “Little Gladiators” (“Balaca qladiatorlar”) adlanan fitnes mərkəzi Palmadakı “Golden Mile Galleria Mall”da yerləşir və balaca müştərilərə üzgüçülük, kardioloji məşqlər, qayayadırmaşma və uşaq yoqası seksiyalarında məşğələlər təklif edir. Buraya gələnlər həm məşq zallarından, həm də uşaqlar üçün hamam və saunalardan istifadə edə biləcəklər.

Belə bir mərkəz yaradılması ideyası Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl Maktumun 2021-ci ilə qədər bu ölkədə uşaqların piylənmə səviyyəsini azaltmaq üçün tədbirlər görülməsi barədə təşəbbüsündən irəli gəlib.

Klubda üzvlük haqqı ildə 999 dirhəmə (274 ABŞ dolları) bərabərdir.

Gununsesi.info